Qelebə.az / Azərbaycanın basketbol hakimləri Avropa çempionatlarına təyinat alıblar

Azərbaycanın basketbol hakimləri Avropa çempionatlarına təyinat alıblar

30-06-2026, 15:33

Azərbaycanın basketbol hakimləri gənclər arasında keçiriləcək Avropa çempionatlarına təyinat alıblar.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

Hakimlər Ruslan Xalıqov, Urfan Bayramlı, Toğrul Həsənov və hakim-komissar Asif Bağışov qitə birinciliklərində iş başında olacaqlar.

R.Xalıq U-18, U.Bayramlı U-20, T.Həsənov U-20, A.Bağışov isə U-16 Avropa çempionatının B divizionunun qarşılaşmalarını idarə edəcəklər.

Xatırladaq ki, Avropa birincilikləri iyul və avqustda gerçəkləşəcək.

Geri qayıt