Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann Paraqvaya məğlubiyyətdən sonra gələcəyi barədə danışıb.
QELEBE.AZ xəbər verir ki, mütəxəssis postundan könüllü ayrılmaq fikrində olmadığını bildirib.
“Mən məsuliyyətdən qaçan insan deyiləm. 2028-ci ilə qədər müqaviləm var. Almaniya Futbol Federasiyası getməyimi istəyirsə, bunu mənə deməlidir”, - deyə Naqelsmann bildirib.
Qeyd edək ki, Almaniya DÇ-2026-nın 1/16 finalında Paraqvaya penaltilər seriyasında uduzaraq turnirlə vidalaşıb.