Qelebə.az / Elvin Cəfərquliyev “Qarabağ”ın əsas heyətinə qaytarılıb

Elvin Cəfərquliyev “Qarabağ”ın əsas heyətinə qaytarılıb

22-06-2026, 13:15

Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev “Qarabağ”la birlikdə Avstriyaya yollanıb.

Apasport.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.

25 yaşlı cinah müdafiəçisi komandanın Avstriyada keçiriləcək təlim-məşq toplanışı üçün səfərə çıxan futbolçular arasında yer alıb.

Qeyd edək ki, Elvin Cəfərquliyev 2025/2026 mövsümünün sonunda intizam qaydalarını pozduğu üçün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılmışdı.

Geri qayıt