Almaniya millisi dünya çempionatları tarixində yeni rekorda imza atıb.
Apasport.az xəbər verir ki, Bundestim DÇ-2026-nın qrup mərhələsində Kurasao yığmasını 7:1 hesabı ilə məğlub edib.
Bu qələbədən sonra Almaniyanın mundiallar tarixində vurduğu qolların sayı 239-a çatıb.
Bununla da Avropa təmsilçisi Braziliyanı geridə qoyaraq dünya çempionatları tarixinin ən çox qol vuran komandası olub.
Braziliya millisi hazırda 238 qolla ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, Almaniya E qrupunda Kurasao, Fil Dişi Sahili və Ekvadorla mübarizə aparır.