Azərbaycanın I Liqa təmsilçisi “Şahdağ Qusar"ın yeni baş məşqçisinin adı bəlli olub.
QELEBE.AZ xəbər verir ki, klub Fizuli Məmmədovla razılığa gəlib.
Onunla “1+1” illik müqavilə imzalanıb.
Füzuli Məmmədovun köməkçiləri Rafael Əmirbəyov, Rauf Mehdiyev və Əzəmət Ələkbərli olacaq.
Qeyd edək ki, F. Məmmədov bundan əvvəl “Karvan-Yevlax”ın baş məşqçisi olub.