"Liverpul"un 2025/26 mövsümünün ən yaxşı futbolçusu bəlli olub.
Apasport.az xəbər verir ki, bu ada yarımmüdafiəçi Dominik Sobozlai layiq görülüb.
Macar futbolçu azarkeşlərin səsverməsində qalib olub.
O, səslərin 3-də 2-sini toplamağı bacarıb. Bu, orta xətt oyunçusunun ilk belə mükafatıdır.
Qeyd edək ki, Sobozlai 53 matçda 13 qol vurub və 12 məhsuldar ötürmə edib. Bu, komandanın ən yaxşı nəticəsidir.