İngiltərə Premyer Liqasında XXXVI turun oyunları davam edir.
QELEBE.AZ xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutub.
“Börnli” – “Aston Villa” və “Kristal Pelas” – “Everton” matçları 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
“Nottingem Forest” də “Nyukasl”la bacarmayıb – 1:1.
Günün son matçında isə lider “Arsenal” səfərdə “Vest Hem”in qonağı olub. “Topçular” rəqibini minimal hesabla məğlub etməyi bacarıb – 1:0.