Qelebə.az / "Azərreyl" "Gənclər"ə qarşı - Yüksək liqada növbəti oyunlar

"Azərreyl" "Gənclər"ə qarşı - Yüksək liqada növbəti oyunlar

18-03-2026, 10:01

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında XXVIII turun daha üç matçı keçiriləcək.

Apasport xəbər verir ki, kişilərin yarışında “Azərreyl” “Xilasedici” ilə qarşılaşacaq.

Görüş Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalında, saat 17:00-da start götürəcək.

Qadınların mübarizəsində iki oyun baş tutacaq. “Azərreyl” “Gənclər”lə, “DH Volley” “Milli Aviasiya Akademiyası” ilə münasibətlərə aydınlıq gətirəcək. Oyunlar Azərbaycan Voleybol Federasiyasının idman zalında, müvafiq olaraq saat 16:00 və 18:00-da başlayacaq.

Qeyd edək ki, ötən gün kişilərin yarışında “Neftçi” “Gəncləri” (3:0), “Ordu” “Murov Az Terminal”ı (3:2) məğlub edib. Qadınların mübarizəsində “Turan Tovuz” “Murov Az Terminal”dan güclü olub - 3:1.

Geri qayıt