Qelebə.az / “Fənər”in futbolçusu ölkəsinə qayıda bilər

“Fənər”in futbolçusu ölkəsinə qayıda bilər

13-03-2026, 13:21

"Fənərbaxça"nın futbolçusu Fred karyerasını ölkəsində davam etdirə bilər.

Apasport.az xəbər verir ki, "Atletiko Mineyro" braziliyalı yarımmüdafiəçini transfer etmək istəyir.

Bu barədə yerli mətbuat məlumat yayıb.

"Sarı-lacivərdlilər" Fredi satmağın əleyhinə deyil. Türkiyə klubu 33 yaşlı oyunçu üçün 12 milyon avro tələb edir.

Qeyd edək ki, "Fənərbaxça" Fredi 2023-cü ilin yayında "Mançester Yunayted"dən transfer edib. Braziliya millisinin sabiq üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 117 rəsmi matçda 15 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt