Qelebə.az / Volkan Demirelin yeni ünvanı müəyyənləşib

Volkan Demirelin yeni ünvanı müəyyənləşib

6-03-2026, 19:55

Türkiyənin “Gənclərbirliyi” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Volkan Demirel çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

44 yaşlı mütəxəssislə 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, “Gənclərbirliyi”nə son olaraq Levent Şahin rəhbərlik edib.

Geri qayıt