İngiltərə Premyer Liqasında XXIX tura yekun vurulub.
QELEBE.AZ xəbər verir ki, turun son günündə bir qarşılaşma baş tutub.
“Tottenhem” öz meydanında “Kristal Pelas”ı qəbul edib. Gərgin keçən oyunda azarkeşlər 4 qola şahidlik ediblər. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, “Tottenhem”in heyətində Mikki van de Ven görüşün 38-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.