Qelebə.az / Titullu paracüdoçu Bakıdakı dünya çempionatında iştirak edəcək

Titullu paracüdoçu Bakıdakı dünya çempionatında iştirak edəcək

9-09-2022, 13:30

Bakıda keçiriləcək dünya çempionatında Azərbaycanın titullu paracüdoçusu İlham Zəkiyev də mübarizə aparacaq.

"Report"un məlumatına görə, bu barədə Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov yarışa həsr edilmiş mətbuat konfransında deyib.

O bildirib ki, mundialda Azərbaycanı ümumilikdə 24 paracüdoçu təmsil edəcək. O bildirib ki, paracüdoçuların 15-i kişi, 9-u isə qadın olacaq: "Onlardan 15-16 nəfəri burada tibbi təsnifatdan keçməlidir. Bundan sonra həmin idmançıların çempionatda iştirakı təmin olunacaq".

Rəhimov yarışın mükafat fondunun olmayacağını da əlavə edib.

Qeyd edək ki, paracüdo üzrə dünya çempionatı 7 - 9 noyabrda keçiriləcək.

100 kq-dan yuxarı çəki dərəcəsində 2 qat paralimpiya və 2 qat dünya çempionu olan İlham Zəkiyev sentyabrın 3-də 8 qat Avropa çempionu tituluna da yiyələnib. O həmçinin Bakı-2015 I Avropa Oyunlarının qalibidir.

Geri qayıt