Qelebə.az / Yüksək Liqada XV tura start verilib

Yüksək Liqada XV tura start verilib

25-02-2026, 20:15

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XV tura start verilib.

QELEBE.AZ xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutub.

Abşeron Olimpiya İdman Kompleksində üz-üzə gələn "Gənclər" və "Ordu" komandalarının duelində ikincilər 3:0 hesablı qələbəyə sevinib. Fövqəladə Hallar Nazirliyinin idman zalında isə "Neftçi" "Azərreyl"ə 3:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, XV tura fevralın 28-də yekun vurulacaq.

Geri qayıt