Qelebə.az / I Liqa: Autsayder mövsümdə 2-ci qələbəsini qazanıb

I Liqa: Autsayder mövsümdə 2-ci qələbəsini qazanıb

24-02-2026, 19:42

Futbol üzrə Azərbaycab I Liqasında XVI tura start verilib.

QELEBE.AZ xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

"Səbail" öz meydanında "Baku Sportinq"i qəbul edib. Gərgin keçən matçda hesab açılmayıb - 0:0.

Autsayder "Şimal" isə mövsümdə ikinci qələbəsini əldə edib. Komanda "Cəbrayıl"ı 3:2 hesabı ilə məğlub etməyi bacarıb.

I Liqa

XVI tur

"Şimal"  - "Cəbrayıl" 3:2
Qollar: 
N.Osmanov, 45+1, C.Kəlbəliyev, 69, 75 - D.Açimi, 28, 64

"Səbail" - "Baku Sportinq" 0:0

Geri qayıt