Qelebə.az / Millimiz Özbəkistana məğlub oldu

Millimiz Özbəkistana məğlub oldu

20-02-2026, 16:27

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Beynəlxalq İnkişaf Turnirində bu gün ikinci oyuna çıxıb.

QELEBE.AZ xəbər verir ki, B qrupunda yer alan millimiz Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçirilən görüş rəqib komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 5-ci dəqiqədə Pünhan Kərimov vurub.

Qeyd edək ki, U-18 qrupda son oyununu fevralın 21-də Belarus seçməsinə qarşı keçirəcək.

Geri qayıt