Qelebə.az / "Borussiya"dan yeni transfer - RƏSMİ

"Borussiya"dan yeni transfer - RƏSMİ

19-02-2026, 18:28

"Borussiya" heyətini yeni futbolçu ilə gücləndirib.

QELEBE.AZ xəbər verir ki, Dortmund təmsilçisi "Kruzeyro"dan Kauan Pratesin keçidini həll edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Borussiya" braziliyalı futbolçu üçün klubuna 7+5 milyon avro təzminat ödəyəcək. 17 yaşlı sol cinah müdafiəçisi ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Braziliyaa U-17 millisinin üzvü olan Kauan Prates yayda Dortmund təmsilçisinin düşərgəsinə qoşulacaq.

Geri qayıt