"Fənərbaxça"nın qapıçısı Dominik Livakoviç Zaqreb "Dinamo"suna qayıdıb.
Apasport.az xəbər verir ki, bu barədə Xorvatiya klubunun mətbuat xidməti məlumat yayıb.
Futbolçu icarə əsasında "Dinamo"da çıxış edəcək. Müqavilə 2025/26 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, Livakoviç 2015-ci ildən 2023-cü ilə qədər Zaqreb "Dinamo"sunda oynayıb.