"Neftçi"nin sabiq baş məşqçisi Roman Qriqorçukun yeni iş yeri məlum olub.
Apasport.az xəbər verir ki, ukraynalı mütəxəssis ölkəsində çalışacaq.
60 yaşlı məşqçi "Çernomorets"lə anlaşıb. I Liqa klubu Qriqorçukla 1,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Roman Qriqorçuk 2024-cü ilin iyul-oktyabr ayları arasında "Neftçi"nin baş məşqçisi olub.