Qelebə.az / Salah Afrika Millətlər Kubokunda qol seriyasını davam etdirir

Salah Afrika Millətlər Kubokunda qol seriyasını davam etdirir

6-01-2026, 09:30

“Liverpul” və Misir millisinin futbolçusu Məhəmməd Salah Afrika Millətlər Kubokunda məhsuldarlığını davam etdirir.

QELEBE.AZ xəbər verir ki, Salah turnirdə ardıcıl üçüncü matçında da qol sevinci yaşayıb.

1/8 final mərhələsində Misir yığması əlavə vaxtda Benini 3:1 hesabı ilə məğlub edib. Qarşılaşmanın hesabını təyin edən qolu Salah 124-cü dəqiqədə vurub. Bununla da misirli futbolçunun hazırkı Afrika Millətlər Kubokunda keçirdiyi üç oyunda vurduğu qolların sayı üçə yüksəlib.

Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildən “Liverpul”un formasını geyinir və onun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Geri qayıt