“Neftçi”nin sabiq baş məşqçisi Miodraq Bojoviçin yeni iş yeri bəlli olub.
QELEBE.AZ xəbər verir ki, monteneqrolu mütəxəssis ölkəsinin "Buduçnost" komandasının baş məşqçisi təyin olunub. Müqavilənin detalları açıqlanmayıb.
Bojoviç 2023-cü ilin dekabr ayından 2024-cü ilin iyununadək “Neftçi”də işləyib.