Qelebə.az / “Sabah”ın sabiq baş məşqçisi Rusiya klubunda

“Sabah”ın sabiq baş məşqçisi Rusiya klubunda

11-12-2025, 11:56

“Sabah”ın sabiq baş məşqçisi Vasili Berezutskinin yeni iş yeri məlum olub.

QELEBE.AZ xəbər verir ki, mütəxəssis Rusiyanın “Ural” klubuna baş məşqi təyin edilib. Bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə razılaşmanın detalları açıqlanmayıb.

“Ural” Rusiya I Liqasında 21 turdan sonra 41 xalla ikinci sırada qərarlaşıb. Komanda lider “Fakel”dən 7 xal geridədir.

Berezutski 2024/25 mövsümündə “Sabah”a rəhbərlik edib. O, “bayquşlar”la Azərbaycan Kubokunu qazanıb.

Geri qayıt