Qelebə.az / Millimiz Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxır

Millimiz Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxır

28-11-2025, 13:17

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyuna çıxacaq.

QELEBE.AZ xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan millimiz Şimali Makedoniyanın Strumitsa şəhərində meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

“Mladost” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. Qarşılaşmanı Litvadan olan baş hakim idarə edəcək.

Geri qayıt