Qelebə.az / İslam Oyunları: Ülvi Qənizadə bürünc üçün yarışacaq - YENİLƏNİR

İslam Oyunları: Ülvi Qənizadə bürünc üçün yarışacaq - YENİLƏNİR

18-11-2025, 14:04

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi üzrə yarışlar davam edir. 

QELEBE.AZ xəbər verir ki, 77 kq çəkidə mübarizə aparan Ülvi Qənizadə təsəlliverici görüşə çıxıb. 

O, tacikistanlı Habibjon Zuhurovu 5:3 hesabı ilə məğlub edərək bürünc uğrunda həlledici görüşə vəsiqə qazanıb. 

Ülvi Qənizadə bürünc medal uğrunda özbəkistanlı Abdullo Aliyevlə qarşılaşacaq. 

Geri qayıt