Qelebə.az / İslandiya millisinin baş məşqçisi: “Bizim üçün çox vacib oyundur”

İslandiya millisinin baş məşqçisi: “Bizim üçün çox vacib oyundur”

12-11-2025, 17:16

Futbol üzrə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində millimiz Bakıda İslandiya ilə qarşılaşacaq.

QELEBE.AZ xəbər verir ki, qonaqların baş məşqçisi Arnar Qunnlauqsson qarşılaşmadan əvvəl mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb:

"Bizim üçün çox vacib oyundur. Pley-off şanslarımızı saxlamaq üçün yaxşı nəticə əldə etməliyik".

Qeyd edək ki, Azərbaycan - İslandiya görüşü noyabrın 13-də, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

 

Geri qayıt