Qelebə.az / Sübhan Mamedov dünya çempionatında ilk görüşündə qələbə qazanıb

Sübhan Mamedov dünya çempionatında ilk görüşündə qələbə qazanıb

6-09-2025, 10:23

İngiltərənin Liverpul şəhərində kişi və qadın boksçular arasında dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, mundialın ikinci günündə Azərbaycan millisinin daha bir idmançısı mərhələ adlayıb.

Sübhan Mamedov (50 kq) 1/16 finalda Fredelin De Los Santosla (Dominikan Respublikası) üz-üzə gəlib. Boksçumuz rəqibini 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub edib.

O, 1/8 finalda Samet Gümüşlə (Türkiyə) qarşılaşacaq. Döyüş sentyabrın 9-da olacaq.

Qeyd edək ki, mundialın üçüncü günündə millimizin bir boksçusu rinqə çıxacaq.

Geri qayıt