Qelebə.az / Azərbaycan klubu adını və loqosunu dəyişdirir

Azərbaycan klubu adını və loqosunu dəyişdirir

3-09-2025, 00:34

Azərbaycan II Liqasında mübarizə aparan "Sheki City” Futbol Klubunun İdarə Heyətinin iclası keçirilib. 

Apasport.az xəbər verir ki, iclasda alınan qərara əsasən, klubun adı dəyişdiriləcək. Klubun yeni adı - “Şəki PFK” (Şəki Peşəkar Futbol Klubu) olacaq. Dəyişiklik, yaxın vaxtlarda rəsmi təsdiqlənərək ictimaiyyətə təqdim ediləcək. 

İclasda həmçinin klubun yeni loqosu barədə də qərar qəbul olunub.

Geri qayıt