Qelebə.az / "Zirə"nin futbolçusu əməliyyat olunub

"Zirə"nin futbolçusu əməliyyat olunub

26-08-2025, 14:47

“Zirə”nin futbolçusu Rövlan Muradov cərrahiyə əməliyyatı olunub.

Klubdan "Report"a verilən məlumata görə, ötən həftə məşqdə üz nahiyəsindən zədələnən yarımmüdafiəçinin orbita sümüyü sınıb və bu səbəbdən əməliyyat keçirib.

Futbolçu təxminən 3 həftədən sonra sıraya dönəcək.

Geri qayıt