Qelebə.az / Azərbaycanlı federasiya rəsmisi avrokuboklara təyinat alıb

Azərbaycanlı federasiya rəsmisi avrokuboklara təyinat alıb

10-01-2023, 11:44

Azərbaycan Voleybol Federasiyası (AVF) Regional İnkişaf Mərkəzinin rəhbəri Nərgiz İsmayılova avrokuboklara təyinat alıb.

AVF-dən “QELEBE.AZ”a verilən məlumata görə, Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar Komissiyasının üzvü qadın voleybolçular arasında Çempionlar Liqasında keçiriləcək B qrupunun “Prometey Dnipro" (Ukrayna) - "CS Volei Alba Blaj" (Rumıniya) matçının supervayzeri olacaq.

CEV-in təyinatlarına əsasən, İsmayılova görüşün hakimləri macarıstanlı Peter Şabo və fransalı Kristof Lekurun işinə qiymət verəcək.

Qarşılaşma bu gün Çexiyanın Kutna Hora şəhərində keçiriləcək.

Geri qayıt