Qelebə.az / İkardinin “Qalatasaray”dakı gələcəyi bəlli oldu

İkardinin “Qalatasaray”dakı gələcəyi bəlli oldu

8-08-2025, 10:15

“Qalatasaray” Mauro İkardinin gələcəyi ilə bağlı qərarını verib.

QELEBE.AZ xəbər verir ki, ötən mövsümü zədə səbəbindən buraxan 32 yaşlı hücumçu komandada qalacaq.

İstanbul təmsilçisi, müqaviləsi 2026-cı ilin yayında başa çatacaq forvardla əlavə iki illik yeni sözləşmə imzalamaq niyyətindədir.

“Qalatasaray” rəhbərliyi İkardiyə illik 6 milyon avro məbləğində hazırkı maaşını təklif etməyi planlaşdırır.

“Cimbom” argentinalı futbolçunu komanda üçün çox vacib oyunçu hesab edir və müqavilənin tezliklə rəsmiləşməsini istəyir.

Qeyd edək ki, Mauro İkardi 2022-ci ildən “Qalatasaray”ın formasını geyinir.

Geri qayıt