“Benfika” heyətini yeni futbolçu ilə gücləndirib.
QELEBE.AZ xəbər verir ki, Portuqaliya təmsilçisi “Real Madrid”dən Rafael Obradoru transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Obrador ötən mövsümü icarə əsasında “Deportivo”da keçirib.