Qelebə.az / “Report” Azərbaycan Milli Paralimpiya Komitəsinin mükafatına layiq görülüb

“Report” Azərbaycan Milli Paralimpiya Komitəsinin mükafatına layiq görülüb

28-12-2022, 12:29

“Report” İnformasiya Agentliyi Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) mükafatına layiq görülüb.

MPK-nın 2022-ci ilin yekunlarına aid tədbirində “Report”a “Ulduz Media Tərəfdaş” mükafatı verilib.

İlin yekunlarına aid tədbirdə qurumun prezidenti İlqar Rəhimov, əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Mərasimdə, həmçinin, ilin ulduz idmançıları, məşqçiləri və tərəfdaşları mükafatlandırılıblar.

Geri qayıt