Qelebə.az / Almaniya klubu "Seltik"in yarımmüdafiəçisini transfer etməkdə maraqlıdır

Almaniya klubu "Seltik"in yarımmüdafiəçisini transfer etməkdə maraqlıdır

16-06-2025, 17:45

Almaniyanın "Leyptsiq" klubu "Seltik"in (Şotlandiya) yarımmüdafiəçisi Nikolas Künü transfer etmək istəyir.

"QELEBE.AZ" "The Scottish Sun"a istinadən xəbər verir ki, 25 yaşlı almaniyalı futbolçu da Bundesliqa təmsilçisinə keçməkdə maraqlıdır.

Futbolçu 2024/2025 mövsümündə "Seltik"in heyətində bütün yarışlarda 51 oyuna çıxıb, 21 qola və 15 məhsuldar ötürməyə imza atıb.

Qeyd edək ki, N.Künün klubla müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalı futbolçunun dəyərini 12 milyon avro qiymətləndirir.

Geri qayıt