Qelebə.az / Azərbaycan millisi Gümüş Avropa Liqasında növbəti oyununu keçirəcək

Azərbaycan millisi Gümüş Avropa Liqasında növbəti oyununu keçirəcək

15-06-2025, 09:40

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Gümüş Avropa Liqasında növbəti oyununu keçirəcək.

"QELEBE.AZ"un məlumatına görə, yığma Bakıda Macarıstan seçməsi ilə üz-üzə gələcək.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq qarşılaşma saat 18:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl Gürcüstan komandasına 3:0 hesabı ilə qalib gəlib. İsveç və Lüksemburqa eyni hesabla uduzub.

Geri qayıt