Qelebə.az / "Fənərbaxça" "Adidas"la 5 illik müqavilə imzalayıb

"Fənərbaxça" "Adidas"la 5 illik müqavilə imzalayıb

13-06-2025, 15:44

Super Liqa təmsilçilərindən "Fənərbaxça" "Adidas"la 5 illik müqavilə imzalayıb.

QELEBE.AZ xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Müqaviləyə bir sıra idman növləri - futbol, basketbol və voleybol daxil ediləcək.

Qeyd edək ki, "Adidas" daha əvvəl də "Fənərbaxça"nın forma sponsorluğunu öz üzərinə götürmüş və klub tarixinin mühüm dövrlərində "sarı-lacivərd" formalar istehsal etmişdi.

 

Geri qayıt