Qelebə.az / "Tottenhem" Postekoğlunu göndərdi, onu gətirdi

"Tottenhem" Postekoğlunu göndərdi, onu gətirdi

12-06-2025, 16:31

Futbol üzrə İngiltərə Premyer Liqa klublarından "Tottenhem"in yeni baş məşqçisi bəlli olub.

Apasport.az xəbər verir ki, London klubu Tomas Franka həvalə olunub.

O bu postda Ange Postekoğlunu əvəzləyib.

"Spurs" keçid üçün Frankın klubu "Brentford"a 10 milyon funt sterlinqə yaxın sərbəstqalma məbləği ödəyib.

"Brentford" ötən mövsüm 51 yaşlı danimarkalı mütəxəssisin rəhbərliyi altında Premyer Liqanı 10-cu pillədə tamamlayıb.

Geri qayıt