Qelebə.az / "Mançester Siti" Fransa klubunun futbolçusunu transfer edib

"Mançester Siti" Fransa klubunun futbolçusunu transfer edib

10-06-2025, 23:10

İngiltərə təmsilçisi "Mançester Siti" Fransanın "Lion" klubunun hücumameyilli yarımmüdafiəçisi Rayan Şerkini transfer etdiyini açıqlayıb.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə "şəhərlilər"in mətbuat xidməti məlumat yayıb.

21 yaşlı oyunçu ilə 5 illik müqavilə bağlanıb.

Qeyd edək ki, Şerki "Lion" akademiyasının yetirməsidir və əsas komandanın heyətində 185 oyuna çıxıb.

Geri qayıt