Qelebə.az / Azərbaycanın 3x3 basketbol millisi yarımfinala yüksəlib

Azərbaycanın 3x3 basketbol millisi yarımfinala yüksəlib

7-06-2025, 23:49

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Avropa Kubokunun yarımfinalına yüksəlib.

Bu barədə "QELEBE.AZ"a federasiyadan məlumat verilib.

Yığma turnirin təsnifat mərhələsinin qrup oyununda yerli Kosovo millisinə 22:10 hesabı ilə qalib gəlib. Yarımfinalda rəqib Malta olacaq.

Bu görüş iyunun 8-də, Bakı vaxtı ilə saat 20:40-da baş tutacaq.

Geri qayıt