Azərbaycanlı futbolçu Vüsal İsgəndərli "Bolusupor"dan ayrılıb.
QELEBE.AZ xəbər verir ki, bu barədə 29 yaşlı oyunçunun özü sosial şəbəkə hesabında paylaşım edib.
Həmyerlimiz klubla vidalaşıb.
Onun paylaşımı belə olub: “Hər şey üçün təşəkkürlər, “Boluspor”.
Qeyd edək ki, yarımmüdafiəçi 2024-cü ilin yanvarından “Boluspor”un şərəfini qoruyurdu.