Qelebə.az / Rafael Ağayev ABŞ idmançısına qalib gələrək çempionluq kəmərinə sahib çıxıb

Rafael Ağayev ABŞ idmançısına qalib gələrək çempionluq kəmərinə sahib çıxıb

18-12-2022, 08:49

Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayev peşəkarların mübarizə apardığı "Karate Combat"da ağır çəkidə titul görüşünə çıxıb.

"QELEBE.AZ"un məlumatına görə, 37 yaşlı idmançı ABŞ təmsilçisi Reymond Denielslə üz-üzə gəlib.

Rəqibini məğlub edən Ağayev çempionluq kəmərini qazanıb.

Qeyd edək ki, Rafael Ağayev 2018-ci ildən "Karate Combat"da mübarizə aparır.

Rafael Aghayev is catching Raymond Daniels on REPEAT!

pic.twitter.com/xKKM4eESF4— Karate Combat (@KarateCombat) December 18, 2022
Geri qayıt