Qelebə.az / Azərbaycan Boks Federasiyası "World Boxing"ə üzv olub

Azərbaycan Boks Federasiyası "World Boxing"ə üzv olub

22-05-2025, 16:54

Azərbaycan Boks Federasiyası (ABF) "World Boxing"ə üzv olub.

Bu barədə "QELEBE.AZ"a ABF-nin mətbuat xidmətindən məlumat verilib.

Beynəlxalq federasiya üzvlüyü bu gün təsdiqləyib.

"World Boxing" (Dünya Boksu) 2023-cü il aprelin 13-də yaradılıb. Qurum Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınıb və Yay Olimpiya Oyunlarında boksa cavabdehlik daşıyır.

Geri qayıt