Qelebə.az / Azərbaycan Boks Federasiyası ilə Özbəkistanın Boks Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Boks Federasiyası ilə Özbəkistanın Boks Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb

19-05-2025, 12:10

Azərbaycan Boks Federasiyası (ABF) ilə Özbəkistanın Bahadır Calolov adına İxtisaslaşmış Boks Akademiyası arasında əməkdaşlıqla bağlı Anlaşma Memorandumu imzalanıb.

Bu barədə "Report"a ABF-nin mətbuat xidmətindən məlumat verilib.

Memorandumu ABF-nin baş katibi Nağı Səfərov və akademiyanın direktoru Akbar Urazbayev imzalayıblar.

Əməkdaşlıqda tərəflər arasında təcrübə mübadiləsi, birgə təlim-məşq toplanışları və yarışlara hazırlıq nəzərdə tutulub.

Geri qayıt