Qelebə.az / Feliks keçmiş klubuna qayıda bilər

Feliks keçmiş klubuna qayıda bilər

15-05-2025, 12:57

"Çelsi"nin vingeri Joao Feliks vətəninə qayıda bilər.

QELEBE.AZ xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

Lissabonun "Benfika" klubu hücumameyilli yarımmüdafiəçi ilə maraqlanır. 

Feliks 2016-2019-cu illərdə Portuqaliya klubunda çıxış edib.

25 yaşlı futbolçu hazırda "Milan"da icarə əsasında forma geyinir. Tərəflər arasında müqavilə 2025-ci ilin iyunun sonunda başa çatacaq.

Qeyd edək ki, Feliks bu mövsüm A Seriyasında 13 oyun keçirib, 1 məhsuldar ötürmə edib. 

Geri qayıt