Qelebə.az / “Qalatasaray” Türkiyə kubokunun qalibi olub

“Qalatasaray” Türkiyə kubokunun qalibi olub

14-05-2025, 23:46

Bu gün Türkiyə Kubokunun final oyunu keçirilib.

QELEBE.AZ xəbər verir ki, həlledici qarşılaşma “Trabzonspor” və “Qalatasaray” komandaları arasında baş tutub.

Viktor Osimhenin dublu və Barış Alper Yılmazın vurduğu qol sayəsində “sarı-qırmızılılar” matçdan 3:0 hesabı ilə qalib ayrılıblar.

Qeyd edək ki, bu qələbə sayəsində İstanbul təmsilçisi tarixində 19-cu dəfə bu titula sahib olub.

Geri qayıt