Qelebə.az / "Qarabağ" və "Neftçi"nin maraqlandığı futbolçu "Zenit"də qalıb

"Qarabağ" və "Neftçi"nin maraqlandığı futbolçu "Zenit"də qalıb

14-12-2022, 19:20

“Qarabağ” və “Neftçi”nin maraq dairəsində olan Qazaxıstan millisinin futbolçusu Nurali Alip icarə əsasında çıxış etdiyi Rusiya "Zenit"ində qalıb.

"QELEBE.AZ" klubun rəsmi saytına istinadən xəbər verir ki, Sankt-Peterburq təmsilçisi 22 yaşlı mərkəz müdafiəçisini birdəfəlik transfer edib.

Gənc oyunçu ilə 2,5+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Nurali Alip bunadək müqavilə ilə Qazaxıstan “Kayrat”ına məxsus idi. O, cari ilin yanvarından icarə əsasında “Zenit”in formasını geyinirdi.

Geri qayıt