Qelebə.az / FIFA irqçiliklə bağlı qanunları sərtləşdirib

FIFA irqçiliklə bağlı qanunları sərtləşdirib

10-05-2025, 01:30

FIFA irqçiliklə mübarizəyə dair yeni, daha sərt qaydalar tətbiq edib.

Apasport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

yeni qaydalara əsasən, maksimal cərimə məbləği 5 milyon avronu keçə bilər. İrqçi təhqirlərə görə azarkeşlər stadiondan uzaqlaşdırıla biləcək.

Bundan əlavə, bütün turnirlərdə irqçilik və diskriminasiya hallarında tətbiq olunacaq xüsusi anti-diskriminasiya prosedurları məcburi olacaq.

Bu dəyişikliklər FIFA-nın irqçiliklə mübarizəyə daha qətiyyətli yanaşmasını və futbolda bərabərliyi təmin etmək məqsədini əks etdirir.

Geri qayıt