Qelebə.az / "Zirə" "Neftçi" ilə oyunda ciddi itki ilə üzləşib

"Zirə" "Neftçi" ilə oyunda ciddi itki ilə üzləşib

8-12-2022, 19:42

"Zirə"nin futbolçusu Felipe Paxtman zədələnib.

"QELEBE.AZ"un məlumatına görə, hücumçu "Neftçi"yə qarşı keçirdikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk matçında sıradan çıxıb.

Braziliyalı meydanı xərəkdə tərk edib. Onu 82-ci dəqiqədə Məhəmməd Hamdaui əvəzləyib.

Qeyd edək ki, hazırda "Zirə" 1:0 hesabı ilə öndədir. Paxtman ötən il zədələndiyi üçün uzun müddət yaşıl meydanlardan kənarda qalmışdı.

Geri qayıt