Qelebə.az / "Qalatasaray" uruqvaylı futbolçusu ilə müqavilə müddətini uzadıb

"Qalatasaray" uruqvaylı futbolçusu ilə müqavilə müddətini uzadıb

21-04-2025, 23:06

Türkiyə təmsilçisi "Qalatasaray" futbolçusu Lukas Torreyra ilə müqavilə müddətini uzadıb.

"Report" xəbər verir ki, İstanbul klubu bununla bağlı Türkiyə Futbol Federasiyasına bildiriş göndərib.

Uruqvaylı yarımmüdafiəçinin yeni sözləşməsi 2028-ci ilin sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, 2022-ci ildən "Qalatasaray"da çıxış edən Torreyra bu müddət ərzində 123 oyun keçirib və 4 qol vurub.

Geri qayıt