İspaniya La Liqasında XXXI turun görüşləri davam edir.
QELEBE.AZ xəbər verir ki, "Real Betis" öz meydanında "Vilyareal"la qarşılaşıb.
Oyunda hesabı ev sahibləri açsalar da, qonaqlar geridən gələrək rəqibi üzərində 2:1 hesablı əzmkar qələbəyə seviniblər.
Turun digər matçında isə "Atletik" "Rayo Valyekano"nu 3:1 hesabı ilə məğlub edib.
İspaniya La Liqası
XXXI tur
20:30. "Real Betis" - "Vilyareal" - 1:2
23:00. "Atletik" - "Rayo Valyekano" - 3:1