Güləş üzrə Avropa çempionatı davam edir.
QELEBE.AZ xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada keçirilən yarışın 6-cı günündə yunan-Roma güləşində ilk medalçılar bəlli olur.
İslam Abbasov (87 kq) 3-cü yer uğrunda görüşdə Yaroslav Filçakovu (Ukrayna) sınağa çəkib. İdmançımız 2:1 hesabı ilə qalib gələrək, bürün medalın sahibi olub.
Qeyd edək ki, sabah 3 yunan-Roma güləşçimiz yarımfinalda mübarizə aparacaq.