Qelebə.az / “Sabah”ın futbolçusu rəqibini vurduğu üçün qırmızı vərəqə alıb

“Sabah”ın futbolçusu rəqibini vurduğu üçün qırmızı vərəqə alıb

3-12-2022, 17:29

“Sabah”ın futbolçusu Kristian Sebalyos Premyer Liqanın XVI turunda “Şamaxı” ilə oyunda qırmızı vərəqə alıb.

“Report”un məlumatına görə, ispaniyalı yarımmüdafiəçi matçın 25-ci dəqiqəsində rəqibin futbolçusu Kamran Quliyevin sifətinə zərbə vurduğu üçün meydandan qovulub.

Qeyd edək ki, “Sabah” 10 nəfərlə qaldığı görüşdə 1:0 hesabı ilə öndədir.

Geri qayıt